Külək, yağış, sulu qar - BAZAR HAVASI
Ölkə ərazisində oktyabrın 13-ü üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 20-25, dağlarda gecə 5-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək