Külək əsəcək, yağış yağacaq - PROQNOZ
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-17° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir