Külək ağacları kökündən qopardı - APA TV
Güclü külək Mingəçevirdə iri ağacları aşırıb.
APA Tv-nin yerli bürosu məlumat verir ki, qəfil güclənən külək nəticəsində şəhərin bir neçə küçə və prospektində, park və xiyabanlarında iri gövdəli ağaclar kökündən qopub. Təbiət hadisəsi zamanı şəhərin Sahil parkı ərazisindən nəhəng sərv ağacı aşıb. Xoşbəxtlikdən iri ağac yaxınlıqdakı iaşə obyektinin üzərinə düşməyib. Uzunluğu 10 metrdən artıq olan yaşıl ağac asfalt qatı, bardürləri, həmçinin elektrik naqillərini də yerindən tərpədib.
Güclü külək şəhərin Heydər parkında da iri şam ağacını aşırıb. Nəhəng ağac piyadaların hərəkət etdiyi hissəyə düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, bir neçə ağacın iri budaqları sınaraq zərər görüb. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
OXŞAR XƏBƏRLƏR
16:59
653
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
650
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
566
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1096
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
1081
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
1095