Kuleba Ukraynanın hansı silahlara ehtiyacı olduğunu açıqlayıb
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə müharibədə ölkəsinin hansı silahlara ehtiyacı olduğunu açıqlayıb.
APA xəbər verir ki, Kuleba NATO XİN başçılarının iclasından əvvəl NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlamasında deyib ki, Ukraynanın hərbi təyyarələrə, gəmi raketlərinə, zirehli avtomobillərə, ağır hava hücumundan müdafiə sisteminə ehtiyacı var.
O qeyd edib ki, Ukraynaya hərbi yardım məsələsində iki yanaşma var: “Birinci yanaşma budur ki, deyirsiniz “biz Ukraynanı heç nə ilə təmin etmək istəmirik”. Arqumentiniz isə odur ki, Ukraynaya yarım etməklə siz və NATO müharibəyə daxil olacaqsınız. İkinci yanaşma isə budur ki, siz bütün ehtiyac olan silahlarla Ukraynanı təmin edirsiniz və bilirsiniz ki, nə NATO, nə də siz Rusiya ilə savaşacaqsınız, çünki ukraynalılar özləri bunu edir. Düşünürəm ki, bu məsələdə Ukraynanın mövqeyi və tələbi ədalətlidir. Siz silah verirsiniz, biz isə öz həyatımızı qurban verərək savaşırıq və müharibə Ukraynadan kənara çıxmır”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ