“Küçə sənətçiləri”ni payızda sayacaqlar - İSTEDAD PUL DA QAZANDIRACAQ

 

Dövlət Turizm Agentliyinin tabeliyində Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” adlı layihənin təqdimatını keçirib. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib ki, istedadı olan hər kəs layihəyə müraciət edə bilər. Onun sözlərinə görə, hələ ki, kvota müəyyən olunmayıb. Amma gələcəkdə limit qoyula bilər və bununla bağlı rüsum tutulmayacaq. Gənclərin qazandığı bəxşiş özlərinə qalacaq: Sentyabr ayında başlanması planlaşdırılan layihənin seçim mərhələsini adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Nizami küçəsində, İçərişəhərdə və bulvar ərazisində çıxış etmələri üçün 3 aylıq qüvvədə olan rəylər veriləcək. Yeri gəlmişkən... Azərbaycana səfər edən turistlərin sayı gündən-günə artır. Statistikaya əsasən, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu il turistlərin sayı 6,5 faiz artıb. Onların da hər biri özünəməxsus istirahəti sevir: RÜFƏT BAĞIROV - BAKI TURİZM İNFORMASİYA MƏRKƏZİNİN DİREKTORU “Bu layihənin əsas mahiyyəti ondan ibarətdir ki, Bakı şəhərinə səfər edən turistləri necəsə əyləndirək, razı qalsınlar. Bu layihə hər zaman davam edəcək. Yay fəsli üçün əsas küçələr seçilib, qış aylarında bağlı məkanlar seçəcəyik ki, həm bu istedadlı şəxslər işsiz qalmasınlar, həm də turistlər onları tanısınlar”. Tədbirdə müxtəlif ölkələrdən olan yaradıcı insanlara aid video-çarxlar nümayiş olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR