Kriptovalyuta bazarında “Bitcoin”in kəskin bahalaşmasının səbəbləri nədir?
Son günlər kriptovalyuta bazarında ciddi canlanma yaşanır. Bir neçə həftə ərzində bazarda, cüzi titrəyişləri istisna olmaqla, demək olar ki, sabit tendensiya müşahidə olunurdu. İlin əvvəlində “Bitcoin” 14 min dollar idisə, hazırda 35 280 dollara satılır. Bu, isə 2022-ci ilin may ayından bu günədək ən yüksək qiymətdir. Kriptovalyuta bazarındakı kəskin qiymət artımının səbəblərini ekspert Elnur Quliyev açıqlayıb. Ekspertin sözlərinə görə, hazırda bitkoinin qiymətinin qalxması spekulyativ xəbərləıin nəticəsidir. Ekspert vurğulayıb ki, kriptovalyutalar yüksək riskli maliyyə aləti olmaqla yanaşı, son dövrlərdə sahiblərinə ən çox mənfəət gətirən aktiv kimi yadda qalıb. Bu da investorların diqqətindən yayınmayıb və yaşı 35 yaşa qədər olan investorlar daha qısa müddətdə daha çox mənfəət əldə etmək üçün yüksək riskli maliyyə alətlərinə və kriptovalyutalara üstünlük verirlər. Bu da kriptovalyutalara maraq və tələb yaradır. Bu vəziyyət də qiymətlərin yüksəlməsilə nəticələnir. AYNUR QARA ELVİN MURADOV APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi