Kreml Pelosinin Ermənistana səfərinə münasibət bildirib
Moskva İrəvan və Bakı arasında münasibətləri normallaşmaya aparan addımları alqışlayır.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirərkən deyib.
“Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bütün bunları alqışlamaq olar. Reallıqda belə səsli-küylü hərəkətlər və bəyanatlar bu normallaşmaya töhfə verə bilərmi? Baxarıq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov deyib.
OXŞAR XƏBƏRLƏR
18:25
379
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
467
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
389
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1120
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1034
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
938