Kredit üçün o qədər sənəd istəyirlər ki, tapana kimi mövsüm bitir - Rüfət Quliyev
“Bizim kifayət qədər böyük tikililərimiz - binalarımız, aeroportlarımız, olimpiya komplekslərimiz var”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 4 ildir bundan əvvəl Lənkəran Beynəlxalq Hava Limanını icarəyə verilməsi təklifi ilə çıxış edib: “Amma mənim bu təklifim çox pis qarşılanıb. Hətta bunu hava limanını icarəyə götürmək üçün yerli investorlar olmasa da, Rusiyadan olan iş adamları bunda maraqlı idi. Bilmək istəyirəm ki, bu qanun işləməyən həmin infrastruktur layihələrinə də tətbiq ediləcəkmi? Ötən dəfə Mərkəzi Bankın sədri Milli Məclisdə idi. O zaman da təklif etdim”.
Rüfət Quliyev bankdan kredit götürmək sahəsində problemlərdən də söz açıb: “Bankdan kredit götürmək üçün o qədər sənəd, arayış istəyirlər ki... Vətəndaş onu tapana, gətirənə qədər mövsüm bitir, heç nə də əkə bilmir. Kiçik kreditlər – 5 min manatdan 25 min manata qədər olan kreditlər sürətlə verilsin. Doğrudur, burada sahibkarın məsuliyyəti də nəzərə alınmalıdır”, - deyə deputat qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək