Koronavirusun vətəni Uhanda karantin ləğv edildi - 76 GÜNDƏN SONRA
Yeni növ koronavirus pandemiyasının yayıldığı Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində karantin ləğv edilib.
APA TV-nin CNN-ə istinadən verdiyi xəbərə görə, 76 günlük karantindən sonra şəhərin sərhədləri yenidən açılıb.
Lakin şəhər daxilində bəzi məhdudiyyətlər hələ də qüvvədə qalacaq. Rəsmilər növbəti yoluxma təhlükəsinin hələ də qalmaqda olduğu barədə xəbərdarlıq edirlər.
Koronavirusun ilk dəfə dekabr ayında aşkarlandığı 11 milyon əhalisi olan şəhər yanvarın 23-dən etibarən karantinə alınıb, şəhər xarici dünyadan təcrid olunub.
Bu gündən etibarən nəhayət, şəhərdə qatarların hərəkəti və təyyarə uçuşları bərpa olunub, magistral yollar yenidən açılıb.
OXŞAR XƏBƏRLƏR
16:28
656
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
776
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2781
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2325
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2315
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1499