Koronavirus xəstəsi küçəyə çıxdığı üçün barəsində cinayət işi açıldı - MİNGƏÇEVİRDƏ
Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-nin Mingəçevir bürosuna verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası cəlb edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb.
Mingəçevir Şəhər Polis Şöbəsində Yaqub Rəhimov barəsində cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. Əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ehtiram Muradov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
633
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
634
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
659
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1295
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1881
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1895