“Koroğlu” nəqliyyat mübadilə mərkəzində nə baş verir?
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ödəmə terminallarının yerləşdiyi məntəqə iaşə obyektinə çevrilib.
APA TV xəbər verir ki, mərkəzin ərazisində yerləşən ödəmə terminallarının yeri dəyişdirilərək məntəqə “Simit sarayı”nın istifadəsinə verilib.
Xatırladaq ki, bir müddət əvvəl də BNA tərəfindən terminalların yerinin dəyişdirilməsi halı müşahidə edilmişdir. O zaman Agentlikdən açıqlama verilmişdir ki, məntəqə daxilində avadanlıqlar həddindən artıq qızdığı üçün müəyyən texniki problemlər yaranır. Bu səbəbdən terminallar müvəqqəti olaraq məntəqədən çıxarılıb. Lakin indi aydın olunur ki, gedən prosses heç də müvəqqəti deyil. BNA-dan məsələ ilə bağlı məlumat almaq istəsək də qurumun sözçüsü Mayis Ağayev bildirdi ki, Agentlik məsələ ilə bağlı iş günləri ərzində ictimaiətə məlumat verəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək