Könlünüzə balıq düşübsə... - BU BÖLGƏYƏ GEDİN

 

Payızın gəlişi balıq mövsümünün başlaması deməkdir.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir, Yevlax və Goranboy rayonları ərazilərindəki Kür çayı daxil, kanallar və göllər burda balıqçılığa marağı artırır.

Elə bu bölgələrə qonaq gələn şəxslər də ilk növbədə yeni ovlanmış balığa və balıqdan hazırlanan qidalara üstünlük verir.

Bu isə çörəyi balıqdan çıxanların dolanışığı deməkdir. Bəs satış, qiymətlər necədir? Bu sualı satıcılarla yanaşı alıcılara da ünvanladıq:

Kürdən və su anbarından tutulan “Mingəçevir balığı” adı verilən balıqların dadına söz ola bilməz. Amma bazarlara süni göllərdə yetişdirilmiş balıqlar da çıxarılır. Naşı alıcılar fərq etməsə də, əsl balıq həvəskarları dada və keyfiyyətə üstünlük verir, bu isə qiymətlərə də təsirsiz ötüşmür:

Balıq və balıq məhsullarının insan orqanizmi üçün ən xeyirli qida növlərindən olmasını həkimlər də təsdiqləyir. Ona görə də adı çəkilən bölgələrə gəlsəniz balıq sifariş verməyi unutmayın.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR