Köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.
APA TV FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış, 2 nəqliyyat qəzası və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində ümumilikdə 7 nəfər, o cümlədən Suraxanı rayonunda minik avtomobili və sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü və 1 nəfər sərnişin xilas edilib.
Həmçinin, Nizami rayonunda bağlı qapı arxasında aşkar olunan 65 yaşlı Yusif
Həşimovun və Tovuz rayonunda qəza nəticəsində maşında sıxılı vəziyyətdə qalan 26 yaşlı Sərxan Alıyevin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı