Kombaynın təkərinə hava vururdu, təkər partladı, ölən var
Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın ön təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan Hakim Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yaxınlarının dediyinə görə, mərhum cari ilin May ayında ailəsini dolandırmaq məqsədi ilə “Aqrolizinq”dən kombayn götürüb. O vaxtdan taxıl biçininə hazırlıq məqsədi ilə kombaynı təmir edərək saz vəziyyətə gətirib. Bu gün səhər saat 07 radələrində kombaynın ön təkərinin bir qədər boşalması səbəbindən ona hava vurmaq qərarına gəlib. Elə bədbəxt hadisədə bu vaxt baş verib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov, Devran Əsgərov, APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər