Komandolarımızın taktiki-xüsusi təlimlər keçirilib
Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Diversiya qrupunun təxribatının qarşısını almaq məqsədilə “Həyəcan” siqnalı ilə qaldırılan komandolar daimi dislokasiya məntəqəsini tərk etməklə əməliyyat rayonu istiqamətində hərəkət ediblər.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunub. Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə və ərazidə kəşfiyyat aparma qaydalarını məşq ediblər.
Təlimin əsas məqsədi şəxsi heyətin gündüz və gecə məhdud görmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komandolar təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı