Kölndə ordumuza daha bir dəstək aksiyası keçirilib
Bu gün Almaniyanın Köln şəhərində Azərbaycan Ordusuna dəstək məqsədi ilə daha bir dəstək aksiya keçirilib.
APA TV xəbər verir ki, Köln kafedralı qarşısında baş tutan aksiyada Almaniyanın müxtəlif əyalətində yaşayan həmvətənlərimizlə yanaşı Türkiyə vətəndaşları da iştirak ediblər.
Dövlət himnimizin səsləndirilməsindən sonra bildirilib ki, aksiyadan əvvəl bir qrup erməni təxribat törətməyə cəhd edib. Polis əməkdaşlarına dərhal bu barədə məlumat verildikdən sonra onlar ərazidən uzaqlaşdırılıblar.
Aksiyada “Qarabağ Azərbaycandır”, “Azərbaycan-Türkiyə”, “Erməni terroruna son!”, “Ordumuza dəstəyik” kimi şüarlar səsləndirilib.
OXŞAR XƏBƏRLƏR
11:43
705
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
703
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
733
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1300
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1889
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1901