Koçaryan və Sarkisyanın işlərini araşdıran prokurorların işdən çıxarıldıqları təsdiqlənib
Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorların vəzifələrindən azad edilmələri barədə xəbər təsdiqlənib. APA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu onların istefa ərizəsini rəsmi olaraq təsdiqləyib. Prokurorların istefa səbəbləri barədə məlumat verilmir. Qeyd edək ki, bir müddət əvvəl eks-prezident Robert Koçaryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryanın və prokuror Petros Petrosyanın, həmçinin Serj Sarkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyanın istefa ərizələri yazdıqları bildirilmişdi.
OXŞAR XƏBƏRLƏR
11:43
1481
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1485
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1533
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1382
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1968
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1991