Kiyevə dronlarla hücum: Ölənlər və yaralılar var
Kiyev vilayətinə pilotsuz kamikadze uçuş aparatı ilə hücum zamanı mülki obyektə ziyan dəyib və yanğın başlayıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb. Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidmətinin, Milli Polisin və müvafiq fövqəladə hallar xidmətlərinin bölmələri işləyir. Zərərçəkənlərə lazımi yardım göstərilir.
Gecə boyu Ukrayna ərazisinə, o cümlədən paytaxt Kiyevə və onun vilayətinə Rusiya silahlı qüvvələri tərəfindən İran istehsalı olan kamikadze dronları ilə hücum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri gecə saatlarında “Şahed-136” PUA-dan istifadə edərək kütləvi hava zərbəsi endirib. İlkin məlumatlara görə, düşmən 21 pilotsuz uçan aparatı işə salıb, onlardan 16-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib