Kişiləri görüşmək üçün evə çağırıb hədə-qorxu ilə pullarını alırlarmış
Fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, quldurluqda adı çəkilən Qismət Soltanov "Səbiş" ləqəbi ilə tanınan cinsi azlıqdır.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb