Kişi Polis Şöbəsində özünü öldürdü
Sabirabad polis şöbəsində intihar hadisəsi baş verib.
Hadisə Sabirabad rayon polis şöbəsinin məhbusları müvəqqəti saxlama məntəqəsində qeydə alınıb. Məntəqədə saxlanılan şəxs özünü idman şalvarının belindəki iplə asaraq intihar edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb