Kirayədə qalanlar sosial yardımı necə ala bilər?
“Kirayədə qalan şəxslərin ünvanlı dövlət sosial yardımı (ÜDYS) alması üçün hər hansı məhdudiyyət yoxdur”.
APA TV-nin məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, kirayədə qalan şəxs kirayə müqaviləsi imzalayıbsa, bu halda həmin kirayə xərcləri şəxsin ünvanlı dövlət sosial yardımının üzərinə əlavə olunur: “Bununla bağlı şəxs ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edəndə kirayə müqaviləsinin müvafiq rekvizitlərini ərizə bəyannaməsində göstərməlidir. Bu halda həmin şəxsin ÜDYS məbləği müəyyən edilən zaman göstərilən kirayə xərcləri də onun ümumi xərclərində nəzərə alınmaqla ÜDYS məbləği müəyyən edilir”.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı