Kimlərin kirayə pulunu hökumət ödəyəcək?
Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Himalay Məmişovun 2022-ci ilin yekunlarına dair mətbuat konfransındakı bu çıxışı kirayədə qalan insanlar üçün şad xəbər idi. Amma qaynar xəttimizə də gələn ardı-arası kəsilməyən zənglərdən bəlli olur ki, heç bir vətəndaş bu yardımdan yararlanayb. Və ya yararlananların sayı azlıq təşkil edir. Maraqlıdır məlum qanun qüvvədədirsə, niyə bununla bağlı vətəndaşlar məlumatlandırılmır? Ümumiyyətlə, bu günə qədər kirayə qalanlardan bu məbləği alan olubmu? Suallarımızın qarşılığında Fonddan “sədr artıq açıqlama verib, biz başqa heç nə deyə bilmərik” cavabını aldıq.
Ekspertlər də düşünürlər ki, məsələ ictimailəşsə sosial vəziyyəti ürəkaçan olmayan, kirayədə yaşayan vətəndaşlar bundan vaxtında faydalana bilər.
Qeyd edək ki, dövlətin bu imtiyazılarından faydalanmaq istəyən şəxslər Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb