Kimi dincəlir, kimi həyətində iş görür, kimi doğma şəhəri yenidən qurur
Laçınlılar bilir, bu şəhər, təbiətin laçınlılara töhfə verdiyi möcüzədir. Dağların əhatəsində yeni səhərlərə gözünü açan bu şəhərdə küçələr, dalanlar qələbəlikdir. Hər kəs işlə məşğuldur. Kimi dincəlir, kimi həyətində iş görür, kimi də doğma şəhərin yaralarını sağaldır, təmir-tikinti işlərini başa vurmaq üçün səy göstərir. İndiki büsatını görəndə yaxın keçmişdə bu yerlərin müharibənin törətdiyi gözdağlayan, ürəkgöynədən xarabalıqlardan ibarət olduğuna inanmırsan. Şəhərin küçələri ilə irəlilədikcə görünən texnikalar, həvəslə çalışan insanlar, ətrafa yayılan səs-küy buranı böyük tikinti meydançasına bənzədir. Burada aparılan tikinti quruculuq işlərində minlərlə fədakar, zəhmətkeş insanın əməyi var. Onların yalnız bir hissəsi laçınlıdır. Laçını hündürdən seyr edəndə, şəhərin necə böyük zövqlə qurulduğundan bir daha əmin olur insan. Laçın bərpa işləri tam bitəndən sonra daha da gözəl, daha möhtəşəm olacaq, bu şəhər.
EMİN BABAYEV, FƏZAİL SƏFƏROV, APA TV
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"