Kənd yolundan top mərmisi tapıldı - QAZAXDA

 

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA TV-yə verilən məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (BR-412) Agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR