Kənd sakinləri polis tərəfindən saxlanıldı
Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağcabədi rayon sakinləri - Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində saxlanılıblar.
Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə - heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.
Araşdırmalar zamanı Azər Həsənlinin və Həsən Hüseynovun kənd ərazisində gizlədilən narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun müqabilində 50 qram heroin verəcəyini vəd edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib