Kəmaləddin Heydərov cəbhə bölgəsində olub

NAZİR AĞDAMDA VƏTƏNDAŞLARI QƏBUL EDİB Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində bu rayonunun sakinlərini, həmçinin Ağdam ərazisində məskunlaşmış məcburi köçkünləri qəbul edib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan əlavə, nazirin birinci müavini Rəfail Mirzəyev Ağcabədi şəhərində Ağcabədi rayonunun, nazirin müavini Etibar Mirzəyev isə Beyləqan şəhərində Beyləqan rayonunun sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR