16:17 7 iyul 2022 576
Ana səhifə Xəbərlər

Kəlbəcər və Laçın yaylaqları: HEÇ YERDƏ GÖRMƏDİYİNİZ GÖRÜNTÜLƏR

Kimi qoyun sürülərini, kimi arı təsərrüfatını, kimisi isə mal-qarasını Qarabağdakı yaylaqlara aparır.

 

Təsərrüfatında ən azı 200 baş xırdabuynuzlu heyvan və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, 40 arı ailəsi olan fermerlər mövsüm dövründə öz təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək üçün elektron müraciət edə bilər. Yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların 10 faizi həcmində iribuynuzlu heyvan aparmağa da icazə verilib. Bundan başqa, təsərrüfatın rəhbəri özü ilə şəxsi seçimi əsasında müəyyən etdiyi maksimum 9 köməkçi aparmaq hüququna malikdir.

 

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, iyulun 1-dək azad olunmuş ərazilərdəki yaylaqlara ümumilikdə 329 min 166 xırdabuynuzlu, 23 min 794 iribuynuzlu, 831 digər heyvanın köçürülməsi təmin edilib. Ümumilikdə Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib.

 

Ötən il Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində qoyunçuluq və arıçılıq təsərrüfatlarının yalnız Kəlbəcər və Laçın rayonlarına köçürülməsinə şərait yaradılmışdı. Bu il isə təkcə Kəlbəcər və Laçından deyil, digər azad edilmiş ərazilərdən olan fermerlərin də öz təsərrüfatlarını doğma yaylaqlara aparmasına icazə verilib.

 

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçü artıq başa çatmaq üzrədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın