Kəlbəcər dağlarının həkimləri heyrətə salan möcüzəvi bitkiləri - APA TV
Yenə yolumuz Kəlbəcərdən düşdü. Bu dəfə Kəlbəcər dağlarında bitən, sağlamlığımız üçün qızıl qiymətində olan möcüzəvi bitkilərdən danışacağıq.
Sözün düzü biz yox, APA TV-nin yerli bürosu ilə həmsöhbət olan, təsərrüfatları ilə dağlara çıxan soydaşlarımız bu barədə danışacaqlar. Çünki onlar özləri də boş vaxtlarında min bir dərdə dərman olan bu müalicəvi otlar yığır və qurudub özlərinə tədarük görürlər.
Cökə çiçəyi çayı dünyada ən çox içilən dərman bitkilərindən biridir. Çox ləzzətli bir dadı var, bal ətri verir, dünyada daha çox əsəb sakitləşdirici kimi içilir. Axşam yatmazdan əvvəl 1 stəkan içsəniz yuxunuzu dərinləşdirəcək. Bu bitki həmçinin bədən, əl, ayaq soyuqluğundan əziyyət çəkənlər üçün əvəzolunmaz bir vasitədir.
Kəlbəcər dağlarında sağlamlıq üçün faydalı bitkilər olduqca çoxdur. Müsahibimiz deyir ki, otları görünüşündən tanıyırsınızsa bu dağlarda dərmansız yüz il ömür sürmək olar.
Habil Aslanoğlu, Ziya İsmayılov APA TV – Kəlbəcər
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."