Keçmiş məhkumlar birlikdə mağaza soydular
Ağsu Rayon Polis Şöbəsinə rayonun Hacısəmədli və Muradlı kəndlərində yerləşən iki mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən ümumi dəyəri 3 000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsullarının oğurlanması barədə məlumat veriblər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən dəstə üzvləri, əvvəllər də məhkum olunmuşlar - Ağsu rayon sakini Sərxan Hüseynov, Şəki şəhər sakinləri Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev, eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar. Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən edilib.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Şahnəzər Bəşirov
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ