Keçmiş məhkum silah və narkotiklə tutuldu - XIZIDA ƏMƏLİYYAT
Xızıda narkotik vasitələrin satışında şübhəli bilinən şəxs ələ keçib.
APA TV-nin şimal bürosunun məlumatına görə, polisin rayonun Şuraabad qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində qəsəbə sakini, 40 yaşlı Mehman Babayev saxlanılıb. Onun üzərindən 0,233 qram çəkidə narkotik maddə - heroin çıxıb.
M.Babayevə məxsus fərdi yaşayış evində keçirilmiş axtarış zamanı isə oradan narkotik maddə - tiryək və satış üçün nəzərdə tutulan, ümumi çəkisi 0,5 kq-a yaxın qurudulmuş marixuana tapılıb. Bundan əlavə qəsəbə sakinindən 1 ədəd əl qumbarası, 1 ədəd partladıcı və 17 ədəd 9 mm patron aşkar edilərək götürülüb.
Xatırladaq ki, saxlanılan şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
17:47
901
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
791
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
795
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
874
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
837
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
853