Keçmiş məhkum saxlanıldı, həyətindən silah çıxdı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin YERLİ BÜRSOUNA VERİLƏN MƏLUMATA GÖRƏ, əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ağaverdi Qafarov saxlanılıb. Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindəki yardımçı tikilidən bir ədəd lüləsi kəsilmiş odlu silah, 100 ədəd “Makarov” markalı tapançaya məxsus 9 mm-lik patron, psixotrop maddə - metamfetamin, narkotik vasitə - tiryək, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ