Keçmiş məhkum qonşusunu “Bazar”da güllələdi – OĞUZDA DƏHŞƏT
Oğuzda keçmiş məhkum qonşusunu güllələyib.
APA TV-nin məlumatına görə, hadisə rayonun Kərimli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Zərqəm Məsimov qonşusu 54 yaşlı Elşən Abdullayevi kəndin “Bazar” adlanan ərazisində ov tüfəngindən üç dəfə atəş açaraq güllələyib.
Ağır yaralanan Elşən Abdullayev hadisə yerində keçinib. Hadisəni törədən Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı ov tüfəngi götürülüb.
Mərhumun meyiti isə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1422
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1464
Növbəti köç karvanları yola salınıb
13:38
1479
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
985
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1116
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3025