Keçmiş məhkum külli miqdarda narkotiklər tutuldu - MASALLIDA
Keçmiş məhkumun üzərindən, avtomobilindən və yaşadığı evdən müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib.
Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Qızılağac kənd sakini, Ramil Nəsirov şəhər ərazisində saxlanılıb.
Müstəntiq Elton Ağayev deyir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin avtomobilindən müxtəlif çəkilərdə marixuana, metamfetamin, heroin, evindən isə əlavə olaraq 435 qram heroin və 164 qram metamfetamin aşkar edilərək götürülüb: “Ramil Nəsirovdan ümumilikdə 438.428 qram külli miqdarda narkotik vasitə olan heroin, 173.066 qram külli miqdarda psixatrop maddə metamfetamin və 0,628 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür”.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi