Keçmiş məhkum həmyerlisini döyə-döyə öldürdü - ZAQATALADA
Zaqatalada qətl törədilib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 14-dən 15-ə keçən gecə Kəpənəkçi kəndində baş verib.
Rayonun Qandax kənd sakini, 1982-ci il təvəllüdlü Kərim Bəhram oğlu Kərimovla rayonun Kəpənəkçi kənd sakini Telman Hacı oğlu Hacıyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Kərim Kərimov Telman Hacıyevi döyməyə başlayıb. Aldığı xəsarətlər Telman Hacıyevin ölümünə səbəb olub.
Kərim Kərimov saxlanılıb. O, əvvəllər Rusiya Federasiyasında cinayət törətdiyinə görə məhkum edilib.
Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə verilib.
Faktla bağlı cinayət işi başlayıb.
OXŞAR XƏBƏRLƏR
19:50
913
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
975
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
921
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
977
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
980
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
977