Keçmiş deputatın evində silahlı insident - SABİQ DEPUTAT VƏ DAHA 3 NƏFƏR GÜLLƏLƏNDİ
Ermənistanda kriminal qruplaşmanın üzvü olan keçmiş deputat öldürülüb.
APA TV-nin xəbərinə görə, kriminal avtoritet olan keçmiş deputatın evindəki növbəti yığıncaq silahlı insidentlə bitib.
“Hraparak” qəzeti yazır ki, insident zamanı hadisə yerində ölənlərdən biri erməni kriminal aləmin üzvü Artur Qazaryan, digəri isə Ermənistan parlamentinin keçmiş deputatı, “Kanakertsi Tuy” cinayətkar qruplaşmasının üzvü Artuş Simonyandır.
İnsident zamanı yaralanan digər 2 nəfər isə Araik Xaçatryan və Artur Boryan isə xəstəxanaya aparılarkən yolda ölüb.
Qanlı mübahisə zamanı daha 4 nəfər isə yaralanıb. Onların arasında Artuş Simonyanın oğlu da var.
Hadisə yerindən 28 ədəd müxtəlif çaplı güllə gilizləri, 4 tapança və 2 pulemyot tapılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib