Kartof sahəsində nə baş verib? – ZƏHƏRLƏNMƏ, YOXSA…
İsmayıllıda 7 nəfər xəstəxanaya çatdırılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Talıstan və Diyallı kəndləri arasındakı əkin sahəsində qeydə alınıb.
Rayonun Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəsirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini - 1967-ci il təvəllüdlü Cavad Allahverdiyev İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İfadələrindən aydın olub ki, naharda dönər və salat yedikdən sonra onların halı pisləşib: “Yemək yedik, çıxdıq, sahədə işləyirdik. Başgicəllənmə, ürəkbulanma oldu”.
“Başım ağrırırdı, mədəmdə ağrılar var idi”.
İlkin olaraq hadisənin qida zəhərlənməsi olduğu ehtimal edilir, digər ehtimala görə, hadisə günvurma nəticəsində baş verib. Həmin şəxslərə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından xəstəxanadan buraxılıblar: “Müraciət edən şəxslərdə zərəhlənmə yox, ürəkbulanma, mədə-bağırsaq pozlğunluğu baş verib”.
Hadisə barədə polisə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib, araşdırmalara başlanıb. Nəticələr ictimailəşdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."