Karen Donfridin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə nələri danışıb? - SƏFİRLİKDƏN MƏLUMAT
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışıqları keçirib.
APA TV xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Onlar Azərbaycanın və Ermənistanın regionda sülhə nail olması üçün tarixi imkan barədə müzakirələr aparıblar. Dövlət katibinin köməkçisi Birləşmiş Ştatların regional nəqliyyat və kommunikasiya bağlantılarının açılmasının təminatına dair yardım təklifini bir daha təkrarlayıb. O, tərəfləri sərhəddə gərginliyin azaldılması üçün səylər göstərməyə və sülhə dair dialoqu davam etdirməyə təşviq edib”, - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
18:55
251
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
501
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1088
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
1117
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
847
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1188