Karantini pozaraq futbol oynayan şəxslər yaxalandı - QUBADA
Qubada karantin rejimini pozaraq futbol oynayan şəxslər cərimə olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Bağbanlı kəndi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Vüqar Fərmanov, eləcə də müştəriləri Elxan Əmirov, Ruslan Seyfullayev, Tahir Rüstəmov və Nahid Bahadurov barəsində qanuna müvafiq qaydada tədbir görülüb.
Keçirilmiş digər bir tədbir zamanı rayonun Vladimirovka kəndi ərazisində rejim qaydalarını pozaraq futbol oynayan bir qrup gənc saxlanılıb.
Onlar barəsində də cərimə protokolları tərtib olunub.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı