Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişin daşıyan sürücü yaxalandı
Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov tutulub. Araşdırma zamanı onun idarə etdiyi avtomobillə müvafiq icazəsi olmadan Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən postdan kənar paytaxta sərnişin daşıdığı məlum olub.
Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Anar İbrahimov məhkəmənin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib.
OXŞAR XƏBƏRLƏR
11:43
562
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
561
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
583
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1285
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1873
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1885