Karantin qaydalarını pozan daha bir obyekt aşkarlandı – BU DƏFƏ “PLAYSTATİON”
Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Ağdam rayon sakini Elnur Yusifovun qanunsuz olaraq işlətdiyi “playstation” salonu və içərisində 3 müştəri aşkar edilib. Həmin müştərilərin içində yetkinlik yaşına çatmayan şəxs də olub.
Onlar saxlanılaraq Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilər 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibi Elnur Yusifov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan materiallar məhkəməyə göndərilib.
“Playstation” salonunda olan yetkinlik yaşına çatmayan şəxs isə polislər tərəfindən ailəsinə təhvil verilib və onun valideynlərinə ciddi xəbərdarlıq edilib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı