Kanalizasiya qapaqlarını oğurlayıb metal qəbulu məntəqəsinə satdılar
Gəncədə kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Qoşqar Əliyev tutulub.
Saxlanılan şəxs ifadəsində həmin qapaqları Eldəniz adlı tanışı ilə oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bildirib.
Hazırda oğurluq hadisəsini törətməkdə şübhəli bilinən digər şəxsin saxlanılaraq istintaq təqdim edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
13:54
336
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
347
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
1517
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1416
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1841
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1013