“KamAZ”ın yük yeri ustanın üstünə aşdı - GƏNCƏDƏ
Gəncədə bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, usta təmir işləri zamanı ağır tonnajlı maşının yük yerinin altında qalıb.
Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 30 yaşlı Əsədov Hüseyn Vidadi oğlu “KamAZ” markalı özüboşaldan yük maşınında qaynaq işləri apararkən avtomobilin yük yeri qəfildən onun üstünə düşüb. Nəticədə usta ağır xəsarət alıb. Yaralı dərhal Gəncə şəhərə TTYX-na, daha sonra isə şəhərdəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər yaralıya ilkin tibbi yardım göstərib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1825
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1814
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1879
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1416
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1994
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2023