“Kamaz”ı polislərin üstünə sürdü
Polisin qanuni tələbinə tabe olmayan sürücü saxlanılıb.
APA TV-nin xəbərinə görə, “Kamaz” markalı yük avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VI Taqımının əməkdaşları tərəfindən stasionar postda nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücü Vüsal Həsənovun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını bilərəkdən gizlətməsi, eyni zamanda nəqliyyat vasitəsinin üzərində 932 manat ödənilməyən cərimə borcunun olması aşkar olunduğundan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirilib. Sürücü isə polis işçisinin qanuni tələbinə əməl etməyərək ərazidən uzaqlaşıb.
Bir müddət sonra Vüsal Həsənov başqa bir avtomobillə stasionar posta qayıdaraq taqımın inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək cərimələri ödəməyəcəyini bildirib. Bu səbəbdən Vüsal Həsənov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vüsal Həsənov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi