Kalın: “Yaxın günlərdə Qara dənizdə taxılın daşınması başlayacaq”
“Taxıl daşınması saziş”i Türkiyənin diplomatik uğurudur.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “A-Haber”ə açıqlamasında deyib.
O qeyd edib ki, burada məsələ tək taxıl daşınması deyil. Ukraynada insanlar ölür, evlər uçur:
“Bunun qarşısını almaq lazımdır. Biz bu balanslı siyasəti ardıcıl sürətdə davam etdirəcəyik”. Kalın gəmilərin artıq yaxın günlərdə daşımalara başlayacağını bildirib.
“Amma bu, ölkələrin hazırlığından asılıdır. Biz hazırıq, boğazlar hazırdır. Rusiyanın taxıl məhsullarına embarqo yoxdur. Ancaq Rusiya, gəmilərinə embarqonun tətbiq olunacağını düşündüyü üçün 3-4 ay idi ki, onları Qara dənizdən çıxarmırdı. Bu razılaşma ilə yol açıldı. Ukrayna tərəfi isə Odessa limanı istiqamətində 3 dəhliz açacaq. Yaxın günlərdə Qara dənizdə bu mənada ciddi aktivlik olacaq. Dünyadakı ərzaq böhranı bitəcək”, - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."