Jurnalistlərin binasında dezinfeksiya işləri aparılıb
Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
APA TV-nin məlumatına görə, bu gün Səbail rayonu Salyan şosesi-2 ünvanında yerləşən jurnalistlərin yaşadığı binada koronavirusla bağlı dezinfeksiya işləri aparılıb:
Səbail RİH başçısının müavini Vüqar Şıxəmmədov bildirib ki, jurnalistlərin yaşadığı bu binada ümumilikdə 5 blok, 17 mərtəbəli və 1000 nəfərdən artıq insanın yaşadığı ərazidə kompleks dezinfeksiya tədbirləri həyata keçirilir: “Gün ərzində şəhərin mərkəzi ilə yanaşı, Səbail rayonunun qəsəbələrində dezinfeksiya işləri aparılacaq. “20-ci sahə” adlanan ərazidə dezinfeksiya tədbirləri davam etdiriləcək”.
Binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb.
Çevik Polis Alayının əməkdaşları tərəfindən sakinlərə xüsusi rejimli karantin müddətində evdə qalmaq, zərurət yaranmadığı halda küçəyə çıxmamaqla bağlı tövsiyələr verilib.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir