Azərbaycanlı jurnalist və rusiyalı həmkarları öldürüldü - AFRİKA ÖLKƏSİNDƏ

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist naməlum silahlı şəxslər tərəfindən öldürülüb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, üzərində güllə yaraları olan 3 meyit Sibut şəhərindən 33 km şimalda avtomobildə aşkarlanıb.

Jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən gülləbaran edilib. İnsidentin səbəbi və təfərrüatları hələlik məlum deyil. Qətlə yetirilən jurnalistlər MAR-da akkreditasiya keçməyib. Onların üzərindən isə müxtəlif mətbu orqanlara məxsus vaxtı ötmüş xidməti vəsiqələr aşkarlanıb.

Məlumata görə, hücuma məruz qalmış çəkiliş qrupuna jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko daxil olub. Onların MAR-da özəl hərbi kampaniyalara həsr olunmuş filmin çəkilişində olduğu bildirilir. Rusiyalı jurnalistlərdən ibarət çəkiliş qrupunun sənədli film çəkmək üçün bu ölkəyə Mixail Xodorkovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi məlum olub.

Qeyd edək ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR