“Jiquli” yük maşını ilə toqquşdu - SÜRÜCÜ ÖLDÜ
Saatlıda ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunda - yolun Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb. Saatlı şəhər sakini, 1994-cü il təvəllüdlü Taleh İlqaroğlunun idarə etdiyi “VAZ-2107” markalı 90 LD 383 dövlət nömrə nişanlı avtomobil ağır tonnajlı “Mercedes” markalı 90 JL 157 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.
Qəzanın fəsadları aradan qaldırılan müddətdə magistralda hərəkət 40 dəqiqəyə qədər məhdudlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
856
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
917
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
857
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
968
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
971
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
968