“Jiquli” mikroavtobusla toqquşdu: yaralı var

 

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin qərbi bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralında qeydə alınıb.

Hərəkətdə olan Şəmkir rayon sakini Kərim Kərimovun idarə etdiyi mikroavtobusla Goranboy rayon sakini Səxavət Musayevin idarə etdiyi “VAZ 2106” markalı minik maşını toqquşub.

Nəticədə mikroavtobusun sərnişini - Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Kərimova Sürəyya Şakir qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR