"JEK"lərin ləğv olunacağı tarix açıqlandı
2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil kommunal istismar sahələrinin ləğvi yer alıb.
APA TV xəbər verir ki, bunu "Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, yeni strategiyada ümumiyyətlə mənzil təsərrüfatının islahatı ilə bağlı məsələlər nəzərdə tutulur ki, bu məsələ də ora daxildir.
"Bunlar addım-addım icra olunacaq. Hazırda strategiya hökumətdə müzakirədədir. Ümumi şəkildə deyə bilərəm ki, mənzil təsərrüfatının islahatı ilə bağlı əlbəttə davamlı islahatlardır və yeni strategiyada da nəzərdə tutulur", - deyə V. Qasımlı qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı