“JEK”lər ləğv olunur - DEPUTATDAN AÇIQLAMA
“Mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək” .
APA TV -nin məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
A. Rəhimzadə deyib ki, qanunvericiliyə əsasən, bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi yığmaq hüququ var: “Ancaq çox az sayda insan mülkiyyətində olan mənzillə əlaqədar əmlak vergisi ödəyir. Bakıda yaşayan insanlar mənzil istismar idarələrinə lift və digər xidmətlər üçün pul verir.
Ancaq bu, mənzil istismar idarələri tərəfindən yığılan puldur, bələdiyyələrə heç bir aidiyyəti yoxdur. Hələlik mənzil istismar idarələri bələdiyyələrin nəzdində deyil. Bir müddətdən sonra mənzil istismar idarələri də bələdiyyələrin nəzdinə keçəcək. Bunun üçün qanunvericiliyə dəyişiklik olmalıdır, mənzil istismar idarələri bələdiyyələrin nəzdinə keçəcək”.
Komitə sədri qeyd edib ki, bələdiyyə fəaliyyətini qurmaq üçün maliyyəsi olmalıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək